16/02/2020
15:58
1184
| A A A
Fenerbahçe-də ciddi itki

Fenerbahçe-nın yarımmüdafiəçisi Emre Belözoğlu zədələnib.

Goal.az xəbər verir ki, o, Ankaragücü ilə dünənki superliqa matçında (2:1) sıradan çıxıb. Klub yaydığı açıqlamada futbolçunun əzələsində yırtıq aşkarlandığını qeyd edib.

Emrenin fevralın 23-də keçiriləcək Fenerbahçe – Galatasaray derbisini buraxacağı bildirilir.