17/02/2020
12:09
2661
| A A A
İstanbul derbisi öncəsi ciddi itkilər

Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində son çempionu “Galatasaray” əzəli rəqibi “Fenerbahçe” ilə üz-üzə gələcək.

Goal.az xəbər verir ki, İstanbul klubları derbiyə ciddi itkilərlə çıxacaqlar.

“Fenerbahçe”nın kapitanı Emre Belozoğlu derbini zədə səbəbindən buraxmalı olacaq. O, Super Liqanın 22-ci turunun “Ankaragücü” ilə matçında (1:2) zədələnib. Bu zədə səbəbindən Emre, bir müddət yaşıl meydanlardan uzaq qalacaq. 39 yaşlı yarımmüdafiəçinin fevralın 23-də baş tutacaq “Galatasaray”la qarşılaşmanı buraxacağı dəqiqdi.

Emrenin digər komanda yoldaşı Luis Qustavo da “Galatasaray”a qarşı oynaya bilməyəcək. Braziliyalı futbolçu isə “Ankaragücü” ilə oyunda sarı vərəqə almaqla cəzalı duruma düşüb.

“Galatasaray” da derbi öncəsi Mario Leminanı itirib. O, “Yeni Malatyaspor”la matçda (1:0) zədələnib. Matçın sonlarında aldığı zədə səbəbindən sonadək oynaya bilməyən futbolçunun durumuna yaxın günlərdə tam aydınlıq gələcəyi bildirilir.