02/03/2020
11:04
1452
| A A A
Türkiyə klubunda yeni çalışdırıcı

“Rizəspor”un yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, Super Liqa təmsilçisi Ünal Karamanla razılığa gəlib.

Bu barədə Super Liqa klubunun prezidenti Hasan Kartal məlumat verib. O, yerli mətbuata açıqlamasında Karamanla İstanbulda görüşdüklərini, prinsipial razılığa gəldiklərini, qısa zamanda Rizədə rəsmi müqaviləyə imza atacaqlarını bildirib.

Son iki ildə “Trabzonspor”u çalışdıran Ünal Karaman bu ilin yanvar ayında sözügedən klubdan ayrılandan bəri işsiz idi. O, “Rizəspor”da İsmail Kartalı əvəz edəcək.

“Rizəspor” Super Liqada 24 turdan sonra 24 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.