05/05/2020
14:56
720
| A A A
Türkiyə klubunda koronavirus şoku

Türkiyə Super Liqasında çıxış edən "Ankaragücü" komandasının futbolçusunda koronavirus aşkarlanıb.

Goal.az xəbər verir ki, futbolçular və məşqçilər heyəti koronavirusa görə testdən keçiblər.

Ankara təmsilçisi virusa yoluxan oyunçunun adını açıqlamayıb və müalicə üçün xəstəxanaya yerləşdirildiyini yazıb.

Qeyd edək ki, koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Türkiyə Super Liqasının iyunun 10-da bərpası nəzərdə tutulur.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5930 səs