08/08/2020
12:54
1283
| A A A
Prosineçki özünə iş yeri tapdı

"Kayserispor"dan ayrılan Robert Prosineçkinin yeni iş yeri məlum olub.

Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis "Denizlispor"u çalışdıracaq. Onun Superliqa təmsilçisi ilə 2 illik razılaşdığı bildirilib. Dənizli təmsilçisinin yaxın günlərdə xorvatla rəsmi müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə baş məşqçilik edib. Onun çalışdırdığı son klub olan "Kayserispor" cari mövsümdə Superliqanı 17-ci pillədə tamamlayaraq elitadan düşüb.

Xatırladaq ki, "Denizlispor" çempionatı 14-cü pillədə başa vurub. (fanat)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18979 səs