16/09/2020
11:57
1619
| A A A
Super Liqa klubundan 9 transfer

Kayserispor klubu bu yay transfer etdiyi futbolçular üçün təqdimat və imza mərasimi təşkil edib.

Goal.az xəbər verir ki, mərasimdə çıxış edən klub prezidenti Berna Gözbaşı əvvəlcə heyətdə olan futbolçulardan Pedro Henrike və Qustavo Kampanyaro ilə müqavilənin müddətinin 2023-cü ilin yayına qədər uzadıldığını bəyan edib. Qapıçı Silvio Lunq isə müddəti 2022-ci ilin yayına bitəcək yeni sözləşməyə imza atıb.

Daha sonra klubun bu yay transfer etdiyi futbolçularla rəsmi müqavilələrə imza atılıb. İngiltərədə Tottenham, Everton kimi klublarda uzun illər forma geyinmiş Aaron Lennon, Fransanın Angers klubundan transfer edilən Harrison Manzala, Yunanıstan Panathinaicos-undan gələn Dimitrios Kolovetsios, Kasımpaşa-dan ayrılan İlhan Depe ilə 2 illik müqavilə imzalanıb.

Portuqaliyanın Boavista klubundan gələn Yav Akkah, Şimali Makedoniya Vardar-ından transfer edilən Daniel Avramovski, Başakşehir-dən alınan Jozef Attamah, Angers-dən gətirilən Vilfrid Kanqa ilə 3 illik anlaşma əldə olunub. Son olaraq Gaziantep-in uğurları üçün çalışmış Muğdat Çelik isə Kayseri klubu ilə 1 illik müqavilə bağlayıb. (matc)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9796 səs