31/12/2020
11:24
302
| A A A
Türkiyə klubunda yeni transfer

Türkiyənin Alanyaspor klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Super Liqa təmsilçisi “Kayserispor”la yollarını ayıran Hasan Hüseyin Acarı transfer edib.

Bu barədə Alanya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 3.5 illik müqavilə imzalanıb.

Hasan Hüseyin Acar Eskişehirspor-un yetirməsidir. O, vaxtilə Göztepe vvə Tokatspor-da icarədə də oynayıb. Yarımmüdafiəçi 2018-ci ildən Kayserispor-un uğurları üçün çalışırdı.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19862 səs