03/01/2021
19:36
1748
| A A A
Galatasaray-da ciddi itkilər

Türkiyə Super Liqasının 16-cı turu çərçivəsində doğma meydanda Antalyaspor-la qarşılaşan Galatasaray qolsuz heç-heçəyə razılaşdı.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisi bu görüşdə ciddi itkilərlə də üzləşib.

Belə ki, “sarı-qırmızılar”ın birdən-birə üç futbolçusu cəzalı duruma düşüb. Emre Kılınc qırmızı vərəqə aldığı üçün növbəti oyunu buraxmalı olacaq. Arda Turanla Markao isə sarı vərəqə limitini doldurduğuna görə Konyaspor-la matçda forma geyinə bilməyəcək.

Galatasaray-ın hücumçusu Radamel Falkao da Antalyaspor-la görüşdə sıradan çıxıb. Kolumbiyalı forvard 46-cı dəqiqədə meydana buraxılsa da, 77-ci dəqiqədə zədələnərək oyunu davam etdirə bilməyib. Türkiyəyə gələndən bəri tez-tez zədələnməsi ilə diqqət mərkəzinə düşən 34 yaşlı forvard yenicə sıraya dönmüşdü.

Xatırladaq ki, Galatasaray-ın daha bir futbolçusu – Omar Elabdullaui də bir neçə gün öncə yeni il atəşfəşanlığı zamanı üzündən ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
10893 səs