14/01/2021
16:59
1527
| A A A
Klub prezidentindən Fatih Terim açıqlaması

Galatasaray prezidenti Mustafa Cengiz klubun gündəmindəki mövzularla əlaqədar "GS TV"də açıqlama verib.

Goal.az xəbər verir ki, Cengiz Fatih Terimlə problem yaşamadıqlarını və onun vəzifəsini tərk etməsi kimi bir vəziyyət olmadığını deyib.

"Məşqçimizlə 1 həftədir ki, görüşə bilmirik, çünki oyun cədvəli çox doludur. Amma əlaqə saxlamışıq. Sonuncu dəfə ondan özünü niyə tənha hiss etdiyini soruşdum. O isə hirsləndiyi üçün belə dediyini etiraf etdi. Yəni aramızda heç bir problem yoxdur. 33 il də qalsam, yoluma Fatih Terimlə davam edəcəm",- deyə prezident bildirib. 

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
10900 səs