09/05/2021
11:27
1420
| A A A
Türkiyə klubunda məşqçi ayrılığı

Erzurumspor baş məşqçisi Yılmaz Vuralla yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.

Komanda Yılmaz Vuralın baş məşqçiliyi altında cəmi 9 matça çıxıb. Bunlardan 3-ü qələbə, 1-i heç-heçə, 5-i isə məğlubiyyətlə nəticələnib.

Qeyd edək ki, Erzurumspor hazırda Superliqanın turnir cədvəlində 37 xalla 19-cudur.