18/06/2021
14:36
2345
| A A A
Qarabağ-ın sabiq futbolçusu rəsmən Türkiyə klubunda

"Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirəcək.

Goal.az xəbər verir ki, 31 yaşlı hücumçu Türkiyə 1-ci liqa təmsilçisi "Kocaelispor”la ilkin müqavilə imzalayıb. Bu barədə klubun rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Ndlovu 2016-2018-ci illərdə "Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən Çinin "Çjetszyan Qrintaun” klubuna transfer olunub. Cənubi afrikalı hücumçu bir müddət əvvəl Çin klubu ilə yollarını ayırmışdı. Ağdam təmsilçiinin yenidən futbolçu ilə maraqlandığı xəbərləri yayılmışdı. (matc)