20/06/2021
13:41
1922
| A A A
Galatasaray-ın yeni prezidenti məlum oldu

Galatasaray-ın yeni prezidenti müəyyənləşib.

Goal.az xəbər verir ki, seçkidə 5 namizəd - Metin Öztürk, İbrahim Özdemir, Eşref Hamamcıoğlu, Burak Elmas və Yiğit Şardan iştirak edib.

Burak Elmas bütün rəqiblərini geridə qoyub. Belə ki, səsvermədə iştirak edən 4 731 şəxsin 1 541-i Elması bu posta layiq görüb.

O, "sarı-qırmızıların" 38-ci prezidenti olub.

Elmas bu postda Mustafa Cengizi əvəzləyəcək. 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.