17/08/2021
13:27
4254
| A A A
Başakşehir-də rəsmi ayrılıq

Başakşehir klubu braziliyalı müdafiəçisi Rafael Pereyra ilə yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ötən mövsüm Lyon-dan ayrılan və azad agent kimi İstanbul klubuna keçən futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.