18/08/2021
11:55
1637
| A A A
Türkiyə klubunda yeni baş məşqçi

Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi bəlli olub.

Goal.az xəbər verir ki, Superliqa təmsilçisini Hikmet Karaman çalışdıracaq.

Tərəflər arasında ilkin razılıq əldə edildiyi bildirilib.

Qeyd edək ki, mövsümün ilk turunda səfərdə "Altay"a 0:3 hesabı ilə uduzan "Kayserispor" baş məşqçisi Yalçın Koşukavakı istefaya göndərmişdi.