22/08/2021
15:51
1926
| A A A
Beşiktaş-ın futbolçusu huşunu itirdi, xəstəxanalıq oldu

Türkiyə Super Liqasının 2-ci turu çərçivəsində keçirilən Gaziantep – Beşiktaş matçında xoşagəlməz hadisə yaşanıb.

Goal.az xəbər verir ki, qarşılaşmanın 70-ci dəqiqəsində Beşiktaş-ın futbolçusu Fabris Nsakala huşunu itirib.

31 yaşlı müdafiəçi həkimlərin müdaxiləsindən sonra xəstəxanaya aparılıb. Nsakalanın durumu hazırda yaxşıdır və həyati təhlükəsi yoxdur.

Gaziantep – Beşiktaş matçı 0:0 hesabıyla başa çatıb.