23/08/2021
14:59
1201
| A A A
Fenerbahçe Türkiyə Futbol Federasiyasını məhkəməyə verib

Fenerbahçe Türkiyə Futbol Federasiyasını (TFF) məhkəməyə verib.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisi 2010/2011 mövsümündən sonra yaşananlardan bağlı təzminat tələb edir.

Klub TFF-dən maddi və mənəvi zərərlər üçün 250 milyon TL ödəməsini istəyib.

Qeyd edək ki, Fenerbahçe 2010/2011 mövsümündə Türkiyə Super Liqasının qalibi olub. Komanda danışılmış oyunlarda iştirakda ittiham olunduğu üçün avrokuboklardan məhrum edilib.