25/08/2021
16:05
2348
| A A A
Namik Ələskərovun Bursaspor-da debüt edəcəyi vaxt bəlli olub

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun Türkiyənin "Buraspor" klubunda debüt edəcəyi vaxt açıqlanıb.

Goal.az xəbər verir ki, "timsahlar" 26 yaşlı yarımmüdafiəçini Türkiyə I liqası üçün sifariş edib.

Ələskərovun avqustun 28-də "Eyupspor"la III tur matçında meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la 2 illik müqavilə imzalayıb. O, ikinci turda sabiq klubu "Neftçi" transfer vərəqini vermədiyi üçün meydana çıxmayıb. Komanda hazırda iki oyundan sonra 1 xalla 12-16-cı yerləri bölüşdürür.(report)