31/08/2021
20:18
1629
| A A A
Türkiyə Super Liqasında 4-cü baş məşqçi istefası gerçəkləşib

Türkiyənin "Göztepe" futbol klubu baş məşqçisi Ünal Karamanla yollarını ayırıb.

Goal.az Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Göztepe" Karamanın rəhbərliyi altında cari mövsüm çempionatda keçirdiyi 3 oyunun 1-də məğlub olub, 2-də isə heç-heçə edib.

Qeyd edək ki, bu, Türkiyə çempionatında yeni mövsümün startından etibarən 4-cü istefadır. Daha əvvəl "Kasımpaşa", "Kayserispor" və "Adana Demirspor" baş məşqçiləri ilə vidalaşıb.(report)