03/09/2021
20:37
2877
| A A A
Galatasaray futbolçusunu cəzalandırdı

Galatasaray Super Liqanın 1-ci turu çərçivəsində Giresunspor-la səfər oyununda (0:2) komanda yoldaşı Kərəm Aktürkoğlunu vuran futbolçusu Markaonu cərimələyib.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı müdafiəçini qeyri-etik davranışına görə 150 min avro məbləğində cərimələyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə Futbol Federasiyası komanda yoldaşını vuran Markaonu 8 oyunluq diskvalifikasiya edib.