10/09/2021
11:56
1177
| A A A
Misir millisinin hücumçusu Türkiyə klubunda

Türkiyənin Konyaspor klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Super Liqa təmsilçisi misirli hücumçu Əhməd Hassanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Türkiyə klubu 28 yaşlı futbolçunu Yunanıstan Olympiacos-undan bir illik icarəyə götürüb. Misir yığmasının da üzvü olan hücumçu yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Əhməd Hassan 2018-ci ildən Olympiacos-un uğurları üçün çalışır. O, daha öncə Portuqaliyada Rio Ave və Braga klublarının formasını geyinib. Misir millisində 25 matça çıxan futbolçu, 5 qola imza atıb.