Futbol üzrə Türkiyə Kubokunun qalibi məlum olub.
Goal.az xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçirilən final matçı Sivasspor-un Kayserispor üzərində 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçın ilk yarısı Kayserispor-un 1:0 hesablı qələbəsi ilə başa çatsa da, Sivasspor 60-cı dəqiqədə hesabı bərabərləşdirib. Sonrakı dəqiqələrdə qapılara qol vurulmayıb və qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb.
Əlavə vaxta sürətli hücumlara başlayan Sivasspor 95-ci dəqiqədə Qradelin qolu ilə hesabda 2-1 önə keçib.
Kayserispor bu qola 107-ci dəqiqədə İlhan Parlakla cavab verib və matçda hesabı yenidən bərabərləşdirib.
Sivasspor-un heyətində oyuna 111-ci dəqiqədə daxil olan Konate 113-cü dəqiqədə vurduğu qolla komandasını növbəti dəfə hesabda irəli çıxarıb.
Qalan hissədə qapılara qol vurulmayıb, bununla da Sivasspor qələbə qazanaraq kuboka sahib olub. (report)