27/05/2022
21:44
930
| A A A
Namik Ələskərov Bursaspor-un rekordçuları sırasına düşüb

Türkiyənin Bursaspor klubunda ötən mövsüm ən çox meydanda olan futbolçuların adları açıqlanıb.

Goal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov 2 414 dəqiqə göstərici ilə 2-ci pillədə qərarlaşıb.

Birinci sırada isə Burak Altıparmak yer alıb - 2 948. İlk "üçlüy"ü 2 372 dəqiqə ilə Luka Tsapan tamamlayıb.

Qeyd edək ki, Bursaspor ötən mövsüm I liqada 17-ci yeri tutaraq, aşağı dəstəyə düşüb. Bu səbəbdən klub legionerləri ilə yollarını ayıracaq. (report)