Sivasspor baş məşqçisiylə yeni müqavilə imzaladı
Son mövsümdə Türkiyə kubokunun qalibi olan Sivasspor baş məşqçisi Rıza Çalımbayla bağlı qərarını verib.
Goal.az xəbər verir ki, Sivas təmsilçisi türk mütəxəssislə 1 illik yeni müqavilə imzalayıb.
Qeyd edək ki, Sivasspor 2022/2023 mövsümündə Avropa Liqasında oynamaq hüququ qazanıb.