16/06/2022
19:17
5476
| A A A
Trabzonspor-da qalmaqallı ayrılıq

Türkiyə çempionu Trabzonspor-da ayrılıq reallaşıb.

Goal.az xəbər verir ki, nigeriyalı hücumçu Entoni Nvakaeme qalmaqallı şəkildə Qara dəniz təmsilçisini tərk edib. Bu barədə 33 yaşlı forvard özü açıqlama yayıb:

"Əziz Trabzonspor azarkeşləri! Məni sizinlə qarşı-qarşıya gətirirlər. Beləliklə, ayrılan mən olmuşam kimi görünəcək. Birlikdə tarix yazdıq. Yaşadığımız hər şeyi əbədi xatırlayacağam".

2018-ci ildən Trabzonspor-da oynayan Nvakaeme ümumilikdə 145 matçda 47 qol, 40 assistlə yadda qalıb. Onunla klub rəhbərliyi arasında anlaşılmazlıqlar olduğuna dair xəbərlər var. (futbolpress)