11/09/2022
18:14
2494
| A A A
Galatasaray-da növbəti ayrılıq

Galatasaray müdafiəçisi Ömər Bayramla yollarını ayırıb.

Goal.az xəbər verir ki, 31 yaşlı futbolçu TFF 1-ci liqada mübarizə aparan Eyüpspor klubuna keçib.

Ömər yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Ömər Bayram Galatasaray-a 2018-ci ildən Akhisarspor-dan transfer olunmuşdu. Sol cinah müdafiəçisi İstanbul təmsilçisində 126 oyuna çıxıb, 2 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI