27/09/2022
19:23
1441
| A A A
Fenerbahçe azarkeşləri stadiona buraxılmayacaq

Türkiyə Superliqasının 8-ci turunda keçiriləcək Beşiktaş - Fenerbahçe oyununu qonaq komandanın azarkeşləri stadiondan izləyə bilməyəcəklər.

Goal.az xəbər verir ki, aparılan danışıqlardan sonra İlçe İdman Təhlükəsizlik Şurası Fenerbahçe fanatlarının derbidə iştirak etməməsi qərarına gəlib. Klublar isə bunun üzərində razılaşıblar. 

Qeyd edək ki, oktyabrın 2-də keçiriləcək Beşiktaş - Fenerbahçe qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.