02/10/2022
15:50
992
| A A A
Beşiktaş-da yeni müqavilə

Beşiktaş klubu yeni müqaviləyə imza atıb.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisi qapıçı Ersin Destanoğlu ilə yeni müqavilə bağlayıb.

21 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. Ersin illik 13 milyon TL maaş alacaq.

Destanoğlu Beşiktaş-ın yetirməsidir. O, “qara qartallar”ın əsas komandası ilə 91 rəsmi matçda meydana çıxıb.