04/01/2023
20:38
2716
| A A A
Alanyaspor-da rəsmi ayrılıq

Alanyaspor klubu qapıçısı Xose Karlos Marafona ilə yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Marafona 2019/20 mövsümündə Braga-dan azad agent kimi Alanyaspor-a keçmişdi. O, bu mövsüm Super Liqa təmsilçisində meydana çıxmaq şansı qazanmayıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI