Türkiyə Kuboku: Galatasaray 1/4 finala vəsiqə qazanıb
Galatasaray Türkiyə Kubokunda 1/4 finala vəsiqə qazanıb.
Goal.az xəbər verir ki, 1/8 final oyununda Alanyaspor-un qonağı olan İstanbul təmsilçisi 2:1 hesablı qələbə sayəsində mərhələ adlayıb.
"Sarı-qırmızılar"ın qollarını 16-cı dəqiqədə Viktor Nelsson və 38-ci dəqiqədə Dris Mertens vurub. Meydan sahiblərindən isə 67-ci dəqiqədə İvan Kavaleyru fərqlənib.
Qeyd edək ki, Galatasaray-ın 1/4 finaldakı rəqibi Gaziantep - Konyaspor cütünün qalibi olacaq.