Türkiyənin daha 3 klubu çempionatda çıxışını dayandırıb
Türkiyənin daha 3 klubu ölkədə baş vermiş zəlzələ səbəbindən cari mövsüm yer aldığı çempionatda çıxışını dayandırıb.
Goal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib.
O bildirib ki, II Liqadan Diyarbakırspor, III Liqadan isə Kahramanmaraşspor-la Osmaniyespor-un tələbi müsbət cavablandırılıb.
Federasiya prezidenti eyni zamanda Sivas Belediyespor, Tarsus İdmanyurdu və Niğdespor-un da analoji müraciət ünvanladıqlarını vurğulayıb. Lakin çempionatlarında son sıralarda qərarlaşdıqları üçün onların tələbi qəbul edilməyib. (report)