07/12/2019
14:13
1212
| A A A
"Milan ehtiras, zəriflik və iddialı olmaq deməkdir" - Maldini

Milan-ın əfsanəvi futbolçusu, hazırda klubun idman direktoru kimi fəaliyyət göstərən Paolo Maldini komandanın əvvəlki əzəmətini qaytaracağına əmin olduğunu bildirib.

Goal.az xəbər verir ki, o, "rossoneri"lərin əvvəlki kimi uğurlu nəticələr qazanması üçün zamana ehtiyac olduğunu söyləyib:

Milan ehtiras, zəriflik və iddialı olmaq deməkdir. Komanda bir neçə dəfə yıxıldı, amma həmişə də ayağa qalxmağı bacarıb. Biz yenə bunu edəcəyik. Milan hər zaman texnikalı komanda hesab edilib. Komandamız hər zaman meydanda yüksəksəviyyəli futbol nümayiş etdirib".

14 turdan sonra Milan lider İnter-dən 21 xal geri qalaraq turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.