Qarabağ-ın rəqibi məğlub olub
Qarabağ-ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Gent Belçika çempionatında 23-cü tur oyununa çıxıb.
Goal.az xəbər verir ki, komanda Brügge-nin qonağı olub. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra Gent turnir cədvəlində 38 xalla 4-cü, Brügge isə 33 xalla 8-cidir.
Xatırladaq ki, Qarabağ Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.