06/06/2020
20:54
1167
| A A A
Balotelli klubunu dəyişir

Brescia Mario Balotelli ilə müqaviləyə xitam verilməsi barədə qərar qəbul edib.

Goal.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikola Skira məlumat yayıb.

Müqavilə hər iki tərəfin razılığı əsasında pozulub.

Bir müddət əvvəl mətbuatda Brescia-nın prezidenti Massimo Çellino ilə Mario Balotelli arasında qalmaqal yaşandığı yazılırdı.

Futbolçunun bir neçə dəfə məşqə gəlməməsi klub rəhbərliyini narazı salıb.

Xatırladaq ki, ötən yay Brescia-ya keçən Balotellinin klubla müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatmalı idi.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
9087 səs