"O, dünyada ən yaxşı və qüsuru olmayan hücumçudur"
Manchester City-nin yarımmüdafiəçisi İlkay Gündoğan Borussia Dortmund-daki sabiq komanda yoldaşı Robert Levandovski barədə danışıb.
Goal.az xəbər verir ki, Almaniya millisinin üzvü polşalı futbolçunu dünyanın ən yaxşı hücumçusu hesab edib:
"Levandovski ilə birgə oynamaq zövq idi. Mükəmməl texnikası var idi və vurduğu qollar əlçatmaz idi. Fikrimcə, dünyada ən yaxşı və qüsuru olmayan hücumçudur".
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR