14/05/2021
17:31
1571
| A A A
Premyer Liqada ayın ən yaxşı futbolçusu seçildi

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu məlum olub.

Goal.az xəbər verir ki, bu, West Ham-in yarımmüdafiəçisi Cessi Linqarddır. 28 yaşlı futbolçu ötən ay iştirak etdiyi 4 oyunda 4 qol vurub.

Qeyd edək ki, West Ham sona 3 tur qalmış Premyer Liqada 58 xalla 6-cı sıradadır