14/05/2021
18:42
1837
| A A A
Real Madrid-in futbolçusu karantinə alındı

Real Madrid-in futbolçusu Toni Kroos karantinə alınıb.

Goal.az xəbər verir ki, buna onun koronavirusa yoluxmuş şəxslə təmasda olması səbəb olub. Alman yarımmüdafiəçinin koronavirus testi isə mənfi çıxıb. Onun karantin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, Real Madrid La Liqada növbəti oyununu mayın 16-ı Athletic Bilbao-ya qarşı keçirəcək.