Kloze baş məşqçi olmağa hazırlaşır
Almaniya yığmasının keçmiş hücumusu Miroslav Kloze gələcəklə bağlı hədəflərindən söz açıb.
Goal.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis Bundesliqa və ya A seriyası klubunu çalışdırmaq arzusundadır.
Hazırda Bayern Munich-in U-17 komandasında işləyən Kloze yeni mərhələyə qədəm qoymaq istəyini dilə gətirib: "Arzum peşəkar klublardan birini çalışdırmaqdır. Bu, Bundesliqa və ya A seriyası komandası ola bilər. Başa düşürəm ki, hələ təcrübə toplamalıyam. Bunun üçün fərqli addımlar atıb, gənclərlə çalışmalısan. Həmişə ən aşağıdan başlayıb, yuxarı doğru hərəkət etməlisən".
Qeyd edək ki, Miroslav Kloze Almaniya millisinin heyətində 137 matçda 71 qol vurub.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR