06/05/2021
10:40
2033
| A A A
Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Goal.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə və eyni saatda başlayacaq.

Manchester United doğma meydanda darmadağın etdiyi Roma ilə bu dəfə İtaliyada üz-üzə gələcək.

Digər yarımfinal görüşü isə Villarreal ilə Arsenal arasında baş tutacaq. İlk oyunda ispanlar qalib gəlsə də, “topçular”ın da finala çıxmaq şansı yüksəkdir.

Qeyd edək ki, Avroliqanın final qarşılaşması mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.

Avropa Liqası

Yarımfinalın cavab oyunları

23:00. Roma (İtaliya) - Manchester United (İngiltərə)

İlk oyun – 2:6.

23:00. Arsenal (İngiltərə) - Villarreal (İspaniya)

İlk oyun – 1:2.