13/05/2021
10:35
1315
| A A A
Rusiya kubokunun qalibi müəyyənləşdi

Rusiya kubokunun qalibi müəyyənləşib.

Goal.az xəbər verir ki, final matçında Moskva Lokomotiv-i ilə Krılya Sovetov qarşılaşıb. Nijniy Novqorod stadionunda keçirilən oyunda dəmiryolçular qalib gəlib - 3:1.

Beləliklə, Lokomotiv tarixində 9-cu dəfə ölkə kubokunun qalibi olub. Paytaxt təmsilçisi 1996, 1997, 2000, 2001, 2007, 2015, 2017 və 2019-cu illərdə də kuboku başı üzərinə qaldırıb.