27/08/2019
11:52
4519
| A A A
145 yaşlı futbol klubu dağılır

İngiltərənin ən köklü futbol klublarından biri dağıla bilər.

Goal.az  “Sky Sports”a istinadən xəbər verir ki, hazırda 1-ci liqada çıxış edən Bolton maliyyə problemi ilə üzləşdiyi üçün fəaliyyətini dayandırmağa yaxındır.

Avqutsun 24-də klubun satışı ilə bağlı növbəti sövdələşmə baş tutmayandan sonra İngiltərə Futbol Liqası Bolton-a bu ayın 27-dək vaxt qoyub. Çərşənbə axşamına qədər müştəri tapılmasa, Bolton şəhərinin eyni adlı təmsilçisi ləğv ediləcək.

Qeyd edək ki, 1874-cü ildə yaradılan Bolton son olaraq 2011/2012 mövsümündə İngiltərə Premyer Liqasında çıxış edib. Klub 4 dəfə ölkə kubokunu, 1 dəfə isə Superkuboku qazanıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33947 səs