04/09/2019
18:30
2716
| A A A
Manchester City-nin müdafiəçisi əməliyyat olundu

Manchester City ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, “şəhərlilər”in müdafiəçisi Emerik Laport əməliyyat olunub.

İngiltərə Premyer Liqasının 4-cü turunda Brighton-la matçda (4:0) zədələnən futbolçu, dizindən əməliyyat olunub. 25 yaşlı futbolçunun hansı müddətə sıradan çıxdığı məlum deyil.