08/09/2019
12:35
1245
| A A A
Premyer Liqa təmsilçisinin baş məşqçisi təyin olundu

Watford-un yeni baş məşqçisi məlum olub.

Goal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin “sükan”ı Kike Sançes Floresə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 54 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Flores, 2015/16 mövsümündə də Watford-u çalışdırıb. Onun son iş yeri Çinin “Şanxay Şenhua” klubu olub.

Watford-da bir müddət əvvəl baş məşqçi Xavi Qrasiya vəzifəsindən ayrılmışdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33943 səs