08/09/2019
17:53
1011
| A A A
Manchester City-də yeni müqavilə

Bir müddət əvvəl karyerasını bitirən Şon Rayt-Fillipsin oğlu Dmargio Rayt-Fillips Manchester City ilə müqavilə imzalayıb.

Goal.az xəbər verir ki, 17 yaşı cinah yarımmüdafiəçisi “şəhərlilər”lə peşəkar müqavilə imzalayıb. Bu barədə futbolçu rəsmi “instagram” hesabından məlumat yayıb.

Manchester City-nin yetirməsi olan Dmargio, ötən mövsüm əvəzedici komandada 22 oyunda iştirak edərək, 4 qol vurub və 11 məhsuldar ötürmə edib.

Dmargionun atası Şon Rayt-Fillips də Manchester City-nin yetirməsi olub. O, 1999-2005 və 2008-2011-ci illər aralığında “şəhərlilər”in əsas komandasında çıxış edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33871 səs