03/10/2019
18:30
1421
| A A A
Maktomini birinci oldu

Manchester United-də sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az-ın xəbərinə görə, klubun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Skott Maktomini birinci olub. 22 yaşlı yarımmüdafiəçi 48 faiz səslə komada yoldaşları Maso Qrinvud (30 faiz)və Daniel Ceymsi (22 faiz) qabaqlayıb.

O, ötən mövsümün aprelində də ayın oyunçusu seçilmişdi.

Qeyd edək ki, S.Maktomini sentyabrda İngiltərə Premyer Liqasında 3 matçda 1 qol vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37237 səs