09/10/2019
15:36
1757
| A A A
Manchester United Sulşerə 2 oyunluq vaxt verdi

İngiltərənin Manchester United klubunun rəhbərliyi əsas komandanın baş məşqçisi Ule-Qunnar Sulşerə iki oyunluq vaxt verib.

Goal.az “The Sun”a istinadən xəbər verir ki, 46 yaşlı norveçli mütəxəssis Premyer Liqanın növbəti iki turunda vəziyyəti düzəltməli, onun rəhbərlik etdiyi kollektiv müsbət nəticələr qazanmalıdır.

Manchester United oktyabrın 20-də lider Liverpool-u qəbul edəcəyi halda, bir həftə sonra autsayder Norwich-in qonağı olacaq.

Qeyd edək ki, Manchester United 8 turdan sonra 9 xalla 12-ci sıradadır və liderdən 12 xal geri qalır. Komandanı düşmə zonasından 2 xal ayırır.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36854 səs