03/11/2019
20:53
3403
| A A A
Mourinyo İngiltərəyə qayıda bilər

Arsenal baş məşqçisi Unai Emeri ilə yollarını ayırmaq istəyir

Goal.az xəbər verir ki, bu barədə "The Times” nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, London klubunun rəhbərliyi komandanın hazırkı baş məşqçisi ilə futbolçular arasında münasibətlərin pisləşməsindən, həmçinin ünsiyyətdə dil probleminin olmasından narahatdı. Həmçinin iddia olunub ki, ispan məşqçinin artıq bir-iki oyunluq limiti qalıb.

"The Times”in məlumatına görə, yeni baş məşqçi axtarışında olan Arsenal-ın idman direktoru Raul Sanlyei Joze Mourinyo ilə birgə nahar edib. Portuqaliyalı mütəxəssisin planlarının London klubunu razı saldığı bildirilir.

Qeyd edək ki, Mourinyonun Real-la da danışıqlar apardığı bildirilir.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
502 səs