04/11/2019
12:40
3531
| A A A
Son Hın Min Everton-un futbolçusunu ağır zədələdi - VİDEO

Everton-un futbolçusu Andre Qomeşin ayağı qırılıb.

Goal.az xəbər verir ki, bu, İngiltərə Premyer Liqasının 11-ci turunda Tottenham-lə oyunda (1:1) baş verib.

Matçın 78-ci dəqiqəsində rəqib futbolçusu Son Hın Minlə mübarizə zamanı onun ayağı qırılıb. Hakim cənubi koreyalı futbolçunu qırmızı vərəqə ilə meydandan qovub. O, rəqibinin ayağını qırdığı üçün göz yaşlarını saxlaya bilməyib.

Everton-un rəsmi saytı Andre Qomeşin ayaq sümüyünün qırıldığını təsdiqləyib. Stadiondan birbaşa xəstəxanaya aparılan portuqaliyalı yarımmüdafiəçinin yaxın günlərdə əməliyyat olunacağı bildirilib.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
502 səs