06/11/2019
10:42
5713
| A A A
Son Hın Minin vərəqəsi ləğv olundu

Tottenham-in futbolçusu Son Hın Minə İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində Everton-la qarşılaşmada göstərilən qırmızı vərəqə ləğv olunub.

Goal.az xəbər verir ki, cənubi koreyalı yarımmüdafiəçi həmin qarşılaşmada rəqib futbolçu Andre Qomeşlə mübarizə zamanı kobud oynamış və sarı vərəqə almışdı. Lakin epizod zamanı Qomeşin ayağının qırıldığını görən baş hakim qərarını dəyişmiş və Sonu meydandan qovmuşdu.

Tottenhem rəhbərliyi isə futbolçuya göstərilən qırmızı vərəqənin çox sərt qərar olduğunu bildirərək, İngiltərə Futbol Federasiyasına etiraz məktubu ünvanlamışdı. Artıq federasiya bu məsələ ilə bağlı yekun qərarını açıqlayıb. Qurumdan verilən məlumata görə, cənubi koreyalıya göstərilən qırmızı vərəqə ləğv olunub.

Bu isə o deməkdi ki, Son Hın Min növbəti turda Sheffield United-lə ev oyununda komandasına kömək edə biləcək.

Xatırladaq ki, Everton – Tottenham oyunu 1:1 hesabıyla başa çatıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39741 səs