16/11/2019
14:15
4465
| A A A
"Luisi Suarezi öldürməyə belə hazır idim" - Henderson

Hendersonun özü 2011-12 mövsümündə Sunderland-dan mersisayd klubuna 20 milyon avro qarşılığında keçən zaman Suarez artıq yarım il idi, Liverpool-da çıxış edirdi.

Həmin mövsüm Cordanın 20 yaşı var idi, Suarez isə artıq dünyanın ən güclü hücumçularından biri hesab olunurdu. Hendersonun özü ulduz Suarezə nisbətən zəif olduğunu anlayırdı və bu onu məyus edirdi.

"Bütün gücümlə oynayırdım. Lakin sən futbolçusansa, azarkeşlərin tənqidləri və etibarsızlığı ilə qarşılaşacaqsan".

 "Həmin dövrlər mən çox gənc idim, Luis isə məşq zamanı mənim xoşuma gəlməyən hərəkətlər edə bilərdi. Bü cür hadisələr məndə özünəinamı aşağı salırdı".

"Onunla bacarmadığımı anlayanda əllərimi göyə qaldıraraq "Zibilə qalsın, Luis nə edir?" deyə düşünürdüm. Bu düşüncələr məndə belə güclü oyunçularla məşq etməməliyəm fikri yaradırdı".

"Bu, mənə ağrı verirdi. O, bunu üç dəfə təkrarlayan zaman mən qəzəbləndim. Luisi öldürməyə belə hazır idim".

"Daha sonra Luislə əlaqələrim yaxşılaşmağa doğru irəliləyirdi. Növbəti matçda Suarezə assist etməyi də bacardım".

"O, mənimlə möhtəşəm davranırdı. Həmin hadisədən sonra biz daha yaxın olduq. Luis, nəyisə öyrəndiyim futbolçulardan biridir" - deyə Hendersonun sözlərini Liverpool Echo sitat gətirir.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1143 səs