20/11/2019
19:41
4032
| A A A
Mourinyonun maaşı açıqlandı

Tottenham-in yeni baş məşqçisi Joze Mourinyonun London klubundakı qazancı məlum olub.

Goal.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin illik əmək haqqı 17.5 milyon avro olacaq. Mourinyonun sələfi Maurisio Poçettinonun illik maaşı isə 9 milyon avro idi. Beləliklə, Mourinyo Poçettinodan iki dəfə çox qazanacaq.

Xatırladaq ki, 2014-cü ildən Tottenham-i çalışdıran Poçettino komandanın uğursuz çıxışlarına görə ötən gün istefaya göndərilib. Mourinyo ilə isə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.

money.az currency